Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Məhərrəm ayı münasibətilə Vətən Müharibəsi şəhidlərinin doğum günlərində onların ailələrinin ziyarəti davam edir. Bir sıra müsəlman dini icmaları ilə birgə ölkənin müxtəlif şəhər və rayonlarında təşkil edilən ziyarətlərdə şəhidlərimizin ailələri ilə görüşlər keçirilir, onlara müxtəlif hədiyyələr, o cümlədən Qurani-Kərim kitabları hədiyyə edilir və şəhidlərin ruhuna dualar oxunur.