"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş iki tankçımızın məzarı bərpa edilib.

Veteran Tankçılar İctimai Birliyinin təşəbbüsü və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş Balakən rayonundan olan  Şindiyev İlqar Məhəmməd oğlunun və İsmayıllı rayonundan olan Muradəliyev Coşqun Ətraf oğlunun məzarları bərpa olunub.
Bərpa edilmiş şəhidlərimizin məzarları önündə baş tutan tədbirlərdə onların ailə üzvləri, döyüş yoldaşları, Veteran Tankçılar İctimai Birliyi, Balakən və İsmayıllı Rayon İcra Hakimiyyətləri, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin bölgə şöbələri və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndaləri iştirak edib. 
Şəhidlərimizə Allahdan rəhmət diləyirik! Ruhları şad olsun!

calendar 16-08-2021, 10:58 eye 623 eye Paylaş