"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid ailələri, müharibə əlilləri və veteranlara ərzaq yardımı edib.

Azərbaycanda şəhid ailələri, müharibə əlilləri və veteranlar daim dövlətin qayğısı ilə əhatə olunub. 44 günlük Vətən Müharibəsində böyük zəfər əldə edən xalqımız bu kateqoriyadan olan ailələrin sosial və məişət problemlərinin həll edilməsinə böyük həssaslıqla yanaşır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn Qurban bayramı münasibətilə Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin müraciəti əsasında paytaxtda yaşayan ümumilikdə 70 şəhid ailəsi, müharibə əlili və veteranlara ərzaq yardımı edib. Məlumat üçün bildirək ki, Fond tərəfindən mütəmadi olaraq paytaxt və regionlarda şəhid ailələri, qazilər, eləcə də aztəminatlı ailələrlə bağlı müxtəlif aksiyalar icra olunur. 

calendar 15-07-2021, 10:16 eye 586 eye Paylaş