Mənəvi Dəyərlərin Təbliği Fondunun 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həyata keçirdiyi “Şəhid yadigarları” aksiyası davam edir. Lənkəran şəhəri, Astara və Lerik rayonlarında davam edən aksiya "Vineyard Azərbaycan" xristian dini icmasının dəstəyilə həyata keçirilib. Məlumat üçün bildirək ki, aksiya çərçivəsində Vətən Müharibəsi şəhidlərinin övladlarına hədiyyələr təqdim edilib.