"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu “Şəhid yadigarları” aksiyasına start verir

Mənəvi Dəyərlərin Təbliği Fondu 44 günlük  Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhid yadigarları” aksiyasına start verir. Aksiya çərçivəsində bir qrup Vətən Müharibəsi şəhidlərinin övladlarına müxtəlif hədiyyələrin (oyuncaq, məktəbli ləvazimatları və s.) təqdim edilməsi nəzərdə tutulur. Ölkəmizin müxtəlif regionlarını əhatə edən bu aksiya şəhidlərimizin yadigarı olan gül balaların sosial müdafiəsi və mənəvi inkişafı istiqamətində Fondun növbəti addımıdır. 
Məlumat üçün bildirək ki, “Şəhid yadigarları” aksiyası “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilati dəstəyilə həyata keçirilir.

calendar 30-05-2021, 10:08 eye 657 eye Paylaş