07 dekabr 2018-ci il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyə dəstəyi və Yardımlı rayonu Şıxlar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində “Xalq Cühuriyyəti dövründə milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Polis şöbəsinin rəis müavini Mübariz Əliyev,Yardımlı Rayon Gənclər və İdman idarəsini əməkdaşı Şəhriyar Şəbiyev, Şıxlar kənd məscidi dini icmasınin sədri Sadıq Talıbov, ziyalılar və gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında AXC hakimiyyəti zamanında Azərbaycancılıq ideyası öz təzahürünü milli dövlətin yaranmasında, onun ictimai həyatın bütün sahələrində məqsədyönlü fəaliyyətində tapdı, bu ideya əhalinin şüuruna hakim kəsildiyini bildirdi.
DQİDK Təhlil və Proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov bildirdi ki, Azərbaycan Demokratik Respublikası (ADR) milli ənənələrimizin qorunması, eləcə də əhalinin dini ehtiyaclarının ödənilməsi sahəsində əhəmiyyətli addımlar atdı. Daha sonra natiq qeyd etdi ki, ADR iki ildən az yaşasa da, Azərbaycan dövlət quruluşunun bərpa olunması, onun istiqlaliyyətinin dirçəldilməsi, xalqımızın milli mənlik şüurunun oyanması baxımından az iş görmədi.
İcma sədri Sadıq Talıbov, Yardımlı Rayon Polis şöbəsinin rəis müavini Mübariz Əliyev, Yardımlı Rayon Gənclər və İdman idarəsini əməkdaşı Şəhriyar Şəbiyev ,Yardımlı rayon 2 saylı tam orta məktəbin direktor müavini Ruslan Ataşlı və başqaları mövzu ətrafında çıxış etdirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.