"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Yevlax rayonunda maarifləndirici tədbir keçirilib

O7.12.2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icması “Milli-mənəvi dəyərlərin və adət-ənənələrin gənclər arasında düzgün təbliği” adlı layihə çərçivəsində “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov, həmin şöbənin məsləhətçisi Vüsal Hüseynli, Yevlax rayon Xaldan kənd “Cümə” məscidinin mütəvəllisi Elşən Osmanov, Xaldan kənd “Cümə” məscidi dini icmasının təsisçilərindən biri olan Rza İsmayılov, dindarlar, gənclər və kənd sakinləri iştirak edib. 
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi Sərdar Məmmədov mövzu etrafında geniş çıxış edərək, gənclərimizin yad təsirlərdən qorunması və uzaq qalması üçün, düzgün maarifləndirmənin aparılmasının vacibliyini qeyd edib. O, bildirib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intelektual səviyyəli gənclərimizdən aslıdır. Xüsusilə gənclərimizin yad təsirlərdən qorunması üçün, vətənpərvər ruhda, mənəvi dəyərlərimizin timsalında yetişdirilməsi vacibliyini qeyd edən Sərdar Məmmədov, hazırda gənclərimizin vətəninə xalqına və dövlətinə sədaqəti ilə seçildiyini qeyd edib. Eyni zamanda, Sərdar Məmmədov yad təsirlərlə mübarizə aparmaq, gənclərin və yeniyetmələrin zərərli ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin DQİDK-nin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqaməti olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Yevlax rayon Xaldan kənd “Cümə” məscidinin mütəvəllisi Elşən Osmanov gənclərimizin dövlət qayğısını daim öz üzərində hiss etdiklərini, onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Yad təsirlərin müəyyən ayrı-seçkilik edərək gənclərə təsir yolu ilə öz çirkin niyyətlərini həyata keçirmək üçün, müəyyən yollara əl atdığını qeyd edib. Bunun üçün, gənclər arasında düzgün maarifləndirmənin aparılmasını vurğulayan Elçən Osmanov mövzu ətrafında geniş çıxış edib.         

calendar 7-12-2018, 16:17 eye 887 eye Paylaş