"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Ramazan ayı münasibətilə "Şəhid ailələrinə Ramazan sovqatı" aksiyası davam etdirilir.

Dini icmalarla birgə keçirilən aksiya çərçivəsində Ağdaş, Zaqatala, Astara və İmişli rayonlarında Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət edilib və onlara 100 manat məbləğində alış-veriş kartları təqdim edilib. Aksiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli bölgə şöbələrinin əməkdaşları və dini icmaların üzvləri iştirak edib. Qeyd edək ki, aksiya çərçivəsində Ramazan ayı boyunca ölkənin 13 şəhər və rayonunda yaşayan Vətən Müharibəsi şəhidləri ailələrinin ziyarəti nəzərdə tutulub. 

calendar 4-05-2021, 13:38 eye 688 eye Paylaş