"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Qazaxda “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib.

Dekabrın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazax rayonunda “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Qazax Rayon İdman və Gənclər İdarəsinin rəisi Vüqar Nəbiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Regional seminarı giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov qonaqları salamlayaraq Qazaxda mənəvi sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışdı. M.Orucov gənclərin mili-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə edilməsinin günün tələbi olduğunu bildirdi. 
Regional seminarda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev cənab Prezident İlham Əliyev tərəfindən yaradılmış Fondun fəaliyyəti haqqında iştirakçıları məlumatlandırdı. İcraçı direktor müavini fərdi və ictimai cəhətdən mənəvi dəyərlərin təbliğ edilməsinin forma və vasitələri haqqında da danışdı. C.Əliyev qeyd etdi ki, cəmiyyətin mənəvi inkişafı fərdlərin inkişafından birbaşa asılıdır. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli ölkəmizin sosial-iqtisadi inkişafının mənəvi sahəyə müsbət təsir etdiyini diqqətə çatdırdı. Y.Məmmədli mənəvi dəyərlərin qorunması və inkişafı yolları haqqında geniş məruzə ilə çıxış etdi. 
Seminarda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Qazax Rayon İdman və Gənclər İdarəsinin rəisi Vüqar Nəbiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov mənəvi dəyərlərlə bağlı iştarakçılara öz tövsiyələrini çatdırdılar. 
Regional semina geniş müzakirələrlə öz işini davam etdirdi.

calendar 7-12-2018, 14:35 eye 1 151 eye Paylaş