"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verir

Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımıza xas olan xeyirxahlıq, humanizm və yardımlaşma kimi yüksək mənəvi dəyərlərin qorunmasına böyük əhəmiyyət verir. Fond Müqəddəs Ramazan ayı münasibətilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar iftar süfrələrinin və kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyətləri nəzərə alaraq “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verir. Kampaniya çərçivəsində vətəndaşlar qeyd olunan bank hesabı vasitəsilə Fonda ianə edə bilərlər. Mənəvi Dəyərlərin Təbliği Fondu bu ianələr vasitəsilə şəhid ailələri, müharibə əlilləri və özünəqulluq qabiliyyətini itirmiş aztəminatlı vətəndaşların ailələrinə yardım etməyi nəzərdə tutur. Qeyd edək ki, daxil olan ianələr və edilən yardımlar barəsində məlumatlar mütəmadi olaraq Fondun saytında və sosial şəbəkə hesablarında paylaşılacaq.

calendar 16-04-2021, 13:49 eye 609 eye Paylaş