"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Gəncədə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib.

Dekabrın 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah”” mövzusunda seminar-treninq keçirilib. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, ziyalılar, gənclər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov mənəvi dəyərlərin təbliği ilə bağlı həyata keçirilən işlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. 
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun həyata keçirdiyi tədbirlər haqqında söhbət açdı. C.Əliyev bildirdi ki, dəyərlər sistemi dünən və bu gün qorunduğu kimi, gələcək nəsillərə də çatdırılmalıdır. Mənəvi dəyərlərin təbliğ edilməsinin dövlət tərəfindən dəstəkləndiyini qeyd edən İcraçı direktor müavini Fondun bu fəaliyyəti həyata keçirdiyini diqqətə çatdırdı. 
Seminar-treninqdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli mənəvi dəyərlərin mahiyyəti və qorunması ilə bağlı geniş məruzə ilə çıxış etdi. Y.Məmmədli ailə dəyərlərinin mənəvi dəyərlərin qorunmasında xüsusi rola malik olduğunu vurğuladı. 
Mənəviyyat güclü təlim-tərbiyə və təhsildən keçir deyən Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva gənc nəslin elmli və savadlı mühitdə formalaşmasının vacibliyi haqqında danışdı. 
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirdi. 
Seminar-treninqin yekununda gənclərlə fikir mübadiləsi aparıldı.

calendar 6-12-2018, 14:15 eye 1 225 eye Paylaş