Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə "Mənəvi dəyərləri yaşadanlara bahar sovqatı" adlı layihəyə start verilib. Layihə çərçivəsində Fondun icraçı direktoru Mehman İsmayılov və İctimai Birliyin sədri Ruhiyyə Məmmədova bir sıra özünəqulluq qabiliyyəti olmayan ahılları ziyarət edib, onlara alış-veriş kuponları təqdim ediblər. Hazırda layihə davam etdirilir.