"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lökbatanda “Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Dekabrın 4-də Lökbatan qəsəbəsi 7 nömrəli Bakı Peşə Məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qaradağ Rayon Lökbatan qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov, məktəbin direktoru Hicrət Qaradağlı və məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hicrət Qaradağlı təhsil ocaqlarında keçirilən belə tədbirlərin əhəmiyyətindən söz açıb. 
Qaradağ (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər birimizin üzərinə düşən vəzifə olduğunu qeyd edib. 
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov milli-mənəvi dəyərlərin hər bir xalqın ən qiymətli sərvəti olduğunu, Azərbaycan xalqının yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaların və dini ənənələrin özünəməxsusluğu ilə seçildiyini vurğulayıb.
Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov gənclərimizin radikal dini cərəyanların təsirindən qorunması üçün maariflənməyinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 5-12-2018, 16:24 eye 841 eye Paylaş