"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Qubada şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi..

Mayın 31-də Qubada Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib. 
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, baş məsləhətçisi Kamran Cabbarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov və Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazısı Naib Səttarov iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri E.Nurullayev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına göstərilən qayğıdan bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərib, milli düşüncənin düzgün məcrada inkişafına nail olub, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarıb. Şöbə müdiri bu uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. 
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini C.Əliyev Fondun yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. Şəhid ailələri üzvlərinin və qazilərin tədbirdə iştirakının vacibliyini vurğulayan C.Əliyev onlara dərin minnətdarlığını bildirib.
Daha sonra çıxış edən natiqlər iftar süfrələrinin milli və mənəvi birliyimizə töhfə olduğunu bildiriblər. 
Sonda şəhidlərin ruhuna dualar oxunub.

calendar 20-08-2018, 14:31 eye 834 eye Paylaş