Dekabrın 4-də Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbində, Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəmkir rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlər ölməz, vətən bölünməz” layihəsi çərçivəsində “Şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin baş məsləhətçisi Pərvin Zeynalov, aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Şəmkir rayon “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyev və məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şəmkir RİH-nın aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev,bu mövzuda ətraflı çıxış edərək gənclərə şəhdilərlə bağlı izahat verdi.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev mövzu ilə əlaqədar geniş bəhs edib və “Şəhadət” filmindən misallar gətirərək vətən uğrunda şəhid olan qəhrəmanlarımızdan danışıb.
Şəmkir rayon “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyevə çıxışında dində şəhidlərə verilən yüksək qiymətdən və onların yerinin cənnət olacağından danışıb. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.