"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Tarixin şahidləri” müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Tarixin şahidləri” müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.
Məlumat üçün bildirək ki, müsabiqəyə ümumilikdə 39 iştirakçı müraciət edib. Belə ki, ölkəmizin müxtəlif bölgələrindən olan iştirakçıların 14 nəfəri yazı, 7 nəfəri foto, 18 nəfəri isə video formatında hazırladıqları materialları müsabiqəyə təqdim ediblər.
“Tarixin şahidləri” müsabiqəsinə qəbul edilən materiallar 3 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndiriləcək. Nəticələr növbəti həftə ərzində elan olunacaq.

calendar 9-09-2020, 09:23 eye 751 eye Paylaş