"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağcabədidə Diyarşünaslıq Muzeyində Fondun dətəyi ilə maarifləndirici tədbir keçirilib

Dekabrın 4-də Ağcabədi rayonunda Diyarşünaslıq Muzeyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və “Seyid Mürsəl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi rayonu Heydər Əliyev Muzeyinin direktoru Məhsəti Ağayeva, yuxarı sinif şagirdləri, tələbələr, müəllimlər və icma üzvləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirdi ki, il ərzində Mənəvi Dəyərlərin Təbliği Fondu və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsindən dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək gənclərin tərbiyəsində mənəvi dəyərlərdən bəhrələnməsi müasir dövrün ən aktual problemlərindən biridir. Mənəvi dəyərlər uzun illərin nəticəsində əldə olunan bir sərvətdir. Müasir dövrümüzdə insanların tərbiyəsinə təsir edən amillər çoxdur. Lakin onları düzgün istiqamətdə tərbiyə edib boya-başa çatdırmaq üçün həm də, mənəvi dəyərlərin imkanlarından geniş istifadə etmək lazımdır. Ailə dəyərləri, vətənpərvərlik, əxlaq, dini tarixi abidələr, dil, şərəf və ləyaqət, elm, təhsil bütün bunlar hamısı mənəvi dəyərlərə daxildir. Ümummilli lider Heydər Əliyev demişdir: “Gənclərin vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə və milli keyfiyyətlərə malik olmalıdırlar”. 
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı.

calendar 4-12-2018, 16:52 eye 1 048 eye Paylaş