Noyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin və adət-ənənələrin gənclər arasında düzgün təbliği” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, həmin şöbənin məsləhətçisi Vüsal Hüseynli, Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbin direktoru Əfrasiyab Həsənov, müəllimlər, şagirdlər və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbin direktoru Əfrasiyab Həsənov mövzu ətafında geniş çıxış edərək, milli-mənəvi dəyərlərimizin şagirdlər və ümumən vətəndaşlarımız arasında inkişafı və qorunması üçün ziyalıların üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edərək, müasir dövrdə elm və texnikanın inkişafının cəmiyyətimizə xeyri olan yeniliklərindən yararlanmağın məqsədəuyğunluğundan söz açıb.
Tədbirdə çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Əlisa Fərəcov müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasında optimal nisbətin tapılmasını qeyd edərək milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbin tarix müəlliməsi Nuriyə Əsədova mövzu ətrafında çıxış edərək milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməsinin vacibliyini qeyd edərək, bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu fəaliyyətlərə əhəmiyyətin verilməsinin məqsədəuyğunluğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb