"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zaqatala rayonu Sumaylı kəndində maarifləndirici tədbir keçirilib

Noyabın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zaqatala rayonu Sumaylı kənd dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz həmrəyliyimizin təminatçısıdır” adlı layihə çərçivəsində Zaqatala rayonu Sumaylı kənd ictimaiyyəti nümayəndələri ilə “Həmrəyliyin qorunmasında tolerantlıq və multikulturalizmin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi  Mahir Qəniyev, Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala (RİH) başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cuma Qurbanov, Zaqatala rayon Polis şöbəsinin əməkdaşı İlqar Xalıqov, Zaqatala rayonu Sumaylı kənd məscidi dini icmasının sədri və imamı Fərhad Məmmədov, Zaqatala rayon Qazısı Malik Bilalov Sumaylı kənd ağsaqqalları, ziyalılar və dindarlar iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Sumaylı kənd məscidi dini icmasının sədri və imamı Fərhad Məmmədov Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirdikləri layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, layihənin əhəmiyyətini vurğulayaraq dini icmalara yerlərdə əhalinin geniş zümrələri arasında dini maarifləndirmə işinin təşkilinə və eyni zamanda milli-mənəvi, dini dəyərlərin təbliğinə, dini icmalara  və din xadimlərinə göstərilən diqqət və qayğıya, yaradılmış şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür etmişdir. RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında müasir Azərbaycanın dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın tükənməz sərvəti olan milli-mənəvi, dini dəyərlərin qorunub saxlanılması və daha da zənginləşdirilməsi istiqamətində görülmüş işlər bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini qeyd etmişdir. Ölkədə həmrəyliyin, vətəndaş cəmiyyətinin qurulmasında milli-mənəvi dəyərlərin rolunu qeyd edərək bu amilin ölkədə nümunəvi etnik və dini tolerantlığın təminatçısı olmasını qeyd etmişdir. DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Mahir Qəniyev çıxışında Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti istiqamətindən məlumat verərək ötən bir il ərzində vətəndaşların dini azadlıqlarının təmin edilməsində apardığı işlərdən, dini icmalara və din xadimlərinə maddi yardımların göstərilməsindən, əlillərə, məcbururi köçkünlərə, kimsəsiz insanlara, uşaq evlərinə, şəhid ailələrinə, milli-mənəvi və dini dəyərlərin təbliğı üçün maarifləndirmə tədbirlərinin təşkilinə kömək göstərdiyini bildirmişdir. Daha sonra Azərbaycanda mövcud olan multikultural dəyərlərdən, dini tolerantlıqdan söhbət açaraq İslam dininin əsasında tolerantlığın olmasını vurğulamış Peyğəmbərimizin hədislərindən nümunər  gətirmişdir. İslam dininin birləşdirici, sülh və qardaşlıq  dini olmasını qeyd edərək, İslam dini daxilində vəhdətə nail olmağın və ortaq dəyərlər ətrafında birləşmənin vacibliyini qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci illin Azərbaycanda “İslam həmrəyliyi ili ”elan etməsi Azərbaycandan bütün dünyaya səslənən sülh mesajı olaraq  İslam daxili həmrəyliklə yanaşı, ümumilikdə dinlər və mədəniyyətlər arası dialoqa, sülhə və əminamanlığa nail olmaqdır. Bu sahədə Azərbaycanın əldə etdiyi uğurlar, dövlət-din münasibətləri dünya ölkələrinə nümunə olduğunu bildirmişdir. 
Çıxış edən Zaqatala rayon Qazısı, Zaqatala Malik Bilalov bildirmişdir ki, milli-mənəvi və dini dəyərlərdən uzaq düşmuş cəmiyyətlər heç zaman inkişaf və uğur   əldə edə  bilməzlər. Milli-mənəvi və dini dəyərlərə sadıqliyin vacibliyini bildirmiş, müqəddəs İslam dini dəyərlərinin  hər zaman cəmiyyətimizdə vəhdətin, qardaşlığın, birliyin və həmrəyliyin təminatçısı olmasını vurğulamışdır. Azərbaycan xalqının qədim dövrlərdən bu günədək multikultural şəraitdə yaşamasında və tolerantlıq dəyərlərinin  qorunub saxlanılmasında  İslam dinin rolundan danışmışdır. 
Sumaylı kənd ağsaqqalı, ziyalı Həşim İsmayılov 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti  dövründə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan bəhs etmiş,  müasir Azərbaycan Respublikasında milli-mənəvi və dini dəyərlər sisteminin qorunub saxlanılması və yeni nəslin milli-mənəvi dəyərlər üzərində yetişdirilməsi üçün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülən tədbirlərdən danışmış, mənəvi dəyərlərin milli birliyin və həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm  rol oynadığını qeyd etmişdir. Azərbaycan xalqının hər zaman humanizm, multikultural dəyərlərlə yaşadığını və müqəddəs İslam dininin isə hər zaman tolerantlığı, sülh və bərabərliyi insanlar arasında təşviq etdiyini qeyd etmişdir.                                                                   
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

calendar 27-11-2018, 11:47 eye 1 144 eye Paylaş