"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Şəkidə təşkil edilmiş "Qış məktəbi" başa çatıb

"Qış məktəbi"nin bağlanış mərasimində çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev könüllüləri maddi-mədəni irsimizin, milli və mənəvi dəyərlərimizin dərindən öyrənilməsində və onların təbliğində aktiv iştirak etməyə çağırıb. C.Əliyev həmçinin gənclərə könüllülük fəaliyyətində uğurlar arzulayıb.
Sonda könüllülər "Qış məktəbində" aktiv iştirak etdiklərinə görə sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, 17-21 fevral tarixlərində “Qış məktəbi”ndə iştirak edən könüllülər Şəki şəhərində Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Xan sarayı, Karvansaray kompleksi, Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin ev muzeyləri, Şəki mərkəzi “Cümə” məscidi, Kiş kəndində yerləşən Kiş Alban xristian məbədi və digər mədəniyyət ocaqlarını, tarixi-mədəni, dini abidələri ziyarət ediblər. Həmçinin “Qış məktəbi” çərçivəsində könüllülər “Dəyərlərimizin təbliğində könüllülük fəaliyyəti” ilə bağlı məruzələri dinləyib, intellektual, milli oyunların iştirakçısı olublar.

calendar 24-02-2020, 08:48 eye 712 eye Paylaş