"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Oğuzda “Günümüzün əsas ehtiyacı - Vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib

Oğuzda “Günümüzün əsas ehtiyacı - Vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib
Noyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz rayonu Xaçmaz kənd məscidi dini icmasının təşkilatçılığı Oğuz rayonu Mirzə Fətəli Axundov adına Xaçmaz kənd tam orta məktəbində “Günümüzün əsas ehtiyacı - Vəhdət“ mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin  məsləhətçisi Samir Salehov, Oğuz rayonu Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamlı, Xaçmaz kənd Cümə məscidinin imamı Kənan Hacıbabayev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan məktəbin təlim və tərbiyə işləri üzrə direktor müavini Vüsal Əlfiyev məktəbdə bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edərək cəmiyyətdəki insanların hər hansı hədəfə çatması üçün vəhdətin, birliyin vacibliyini   vurğulayıb. 
Tədbirdə çıxış edən Xaçmaz kənd dini icmasının sədri Fəxrəddin İslamlı bildirdi ki, insanın həyatına dəyər verən, həyatına məna qazandıran, fərdi və ictimai həyatına istiqamət verən onun etiqad və əqidəsidir. Allah Qurani-Kərimdə vəhdət üçün nazil etdiyi ayələrdə əqidə və imanda bir olmağa dəvət edir. 
Xaçmaz kənd Cümə məscidinin imamı Kənan Hacıbabayev çıxış edərək vurğuladı ki, vəhdətin yaranması üçün insan cəmiyyətdə bir-birinə güzəştə getməyi, fədakar olmağı bacarmalıdır. Şəxsi çıxarlarından və fikirlərindən vəhdət və qardaşlıq xatirinə əl çəkə   bilməlidir. 
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin  məsləhətçisi Samir Salehov dinlərarası və millətlərarası dialoqdan söhbət açaraq bildirdi ki, bu gün ölkəmizdə dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri dahada güclənir. Beynəlxalq aləmdə irqçilik, millətçilik, ksenofobiya genişləndiyi, etnik, milli və dini dözümsüzlüyün, qarşıdurmanın hökm sürdüyü bir zamanda Azərbaycan Respublikasında multikulturalizm, istər dinlərarası, istərsə də məzhəblərarası  və mədəniyyətlərarası dialoq, tolerantlıq və etnik müxtəlifliyin birgəyaşayış modelinin mövcud olması dünya üzrə nadir hallardan hesab olunur. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

calendar 30-11-2018, 11:46 eye 1 468 eye Paylaş