"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Şəhidlik ölməzliyə gedən yoldur” mövzusunda tədbir keçirilib

Noyabrın 30-da  Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Ərkivan qəsəbəsi “Qızlaküçə” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlik milli qürurumuz, mənəvi dəyərimizdir” layihəsi çərçivəsində “Şəhidlik ölməzliyə gedən yoldur” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş şöbəsinin əməkdaşı Anar Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı rayonu Əlvan Bağırov adına 4 saylı Ərkivan qəsəbə tam orta məktəbin direktoru  Məmmədağa Sadıqov, Ərkivan qəsəbəsi “Qızlaküçə” məscidi dini icmasınin sədri Səməd Səmədov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbinin direktoru Məmmədağa Sadıqov qeyd etmişdir ki, Vətən müqəddəsdir və onun hər qarışı bizim üçün doğmadır. M.Sadıqov hər bir vətəndaşın ilkin arzusunun, məqsədinin torpaqların bölünməzliyi olmasını bildirmiş və 20 yanvar, Qarabağ şəhidlərindən qəhrəmanlıq və döyüş yolundan  nümunələr gətirmişdir.   
DQİDK dini qurumlarla iş şöbəsinin əməkdaşı Anar Əliyev xalqımızın qəhrəmanlıq yoluna nəzər salaraq Şəhidliyin adi ölüm olmadığını Allah, vətən, millət, böyük amallar uğrunda canını şüurlu şəkildə fəda etməsi, Allahla bağlanmış əhd-peyman olduğunu bildirmişdir. Sonda vətənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yaşatmağın hər bir vətəndaşın vəzifəsi olduğu vurğulanmış və dövlətin də şəhidlərə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır.
Ardınca icma sədri Səməd Səmədov və başqaları mövzu ətrafında fikirlərini ifadə ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 30-11-2018, 11:43 eye 1 435 eye Paylaş