Mənəvi Dəyərlərin Təbliği Fondu 2019-cu ilin yekunları ilə əlaqədar Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğində fərqlənən bir sıra elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində fəaliyyət göstərən şəxsləri təltif edib.
Belə ki, Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində səmərəli fəaliyyətinə görə xalq şairi Ramiz Rövşən, mədəniyyət və incəsənət sahəsində dəyərlərimizin təbliği istiqamətində səmərəli fəaliyyətinə görə xalq artisti Rasim Balayev, səhiyyə sahəsində xeyirxahlıq və mərhəmət dəyərlərinin təbliği, eləcə də insanpərvərlik prinsiplərinin qorunmasında səmərəli fəaliyyətinə görə cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan, "Nəsimi ili" çərçivəsində İmadəddin Nəsimi irsinin araşdırılması və təbliği ilə bağlı səmərəli fəaliyyətinə görə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Azərbaycanda ilahiyyat elminin inkişafında göstərdiyi xidmətlərə və səmərəli fəaliyyətinə görə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təltif olunublar.