"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə“Mənəvi dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib


Noyabrın 30-da Balakən rayonu Talalar 2 kənd nömrəli tam orta məktəbində , Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən şəhəri “Mərkəzi Cümə” məscidinin təşkilatçılığı ilə “Dini maarifləndirmə-möhvumata və xurafata qarşı” adlı layihəsi çərçivəsində “Mənəvi dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçi vəzifəsini icra edən Ləman Balayeva, Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən (RİH) başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Omarova, Balakən şəhəri “Mərkəzi Cümə“məscidi dini icmasının sədri Elşən Poladov və məktəbin yuxarı sinif şagirdləri iştirak edibl. 
Tədbiri giriş sözü ilə açan Balakən rayonu Talalar kənd 2 nömrəli tam orta məktəbinin direktoru Arif Həsənov qetd edib ki, mənəvi dəyərlərin qorunması, saxlanması və öyrənilməsi  barədə  tədbirlərin məktəbdə keçirilməsi şagirdlər üçün olduqca vacib və  əhəmiyyətli olmasını vurğulayıb, gənclərin vətənpərvər vətəndaş və şəxsiyyət  olaraq formalaşmasında mühüm rol oynamasını  bildirib. Balakən (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov qeyd edib ki, xalqımız əsrlər boyu qoruduğu, bəzən əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, Mənəvi dəyərlər sisteminin milli özünüdərkin formalaşmasına çox böyük rol oynadığını qeyd edib. Tarix boyu mənəvi sərvətimizə göz tikən yadellilərin olmasını, amma bir millətin dəyəri onun qanında, genetik fondunda olduğu üçün milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdlərinin hər zaman  boşa çıxdığını qeyd edib. 
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçi vəzifəsini icra edən Ləman Balayeva qeyd edib ki, milli ideologiyamız, mədəniyyətimiz, mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirilməlidir. Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub və daim bu amalla yaşayacağını bildirmişdir. Balakən (RİH) başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Omarova qeyd edib ki, günümüzdə gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məktəbdə aparılan təlim-tərbiyə işinin əsas məqsədi olmalıdır. Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının sədri Elşən Poladov bildirib ki, İslam dininin əsasında humanizmin bərqərar olması  İslamın   tarixən yayılmış bütün ərazilərdə yaşayan xalqların milli və mənəvi dəyərlərinə hörmətlə yanaşdığını qeyd etmişdir. İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirərək, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə  etdiyini   vurğulamışdır. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb.

calendar 30-11-2018, 11:42 eye 956 eye Paylaş