"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

"Dəyərlərimizi öyrənək" intellektual yarışının final mərhələsi keçirilib

Dekabrın 14-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarışın final mərhələsi keçirilib. Finalda ölkənin 9 müxtəlif regionunda keçirilən yarışlarda qalib gəlmiş komandalar iştirak edib.
Tədbirdə iştirak edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev yarış iştirakçılarına öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Maraqlı mübarizə şəraitində keçən final görüşündə Bakı şəhərinin "Sahil" komandası qalib olub. Lənkəran şəhərinin "Zəka" komandası 2-ci, Zaqatala rayonunun "Qələbə" komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər pul mükafatı, diplom və hədiyyələrlə mükafatlandırılıb. Finalda iştirak etmiş digər bölgələrin komandaları isə sertifikat və müxtəlif hədiyyələrlə təltif edilib.

calendar 14-12-2019, 21:48 eye 979 eye Paylaş