"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə “Mənəvi dəyərlər və müasirlik” adlı tədbir keçirilib

Dekabrın 1-də Balakən şəhəri “Mərkəzi Cümə” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən şəhəri “Mərkəzi Cümə” məscidinin təşkilatçılığı ilə birgə həyata keçirilən “Dini maarifləndirmə-möhvumata və xurafata qarşı” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik” adlı tədbir keçirilib. 
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən rayon Qazısı İbrahim İbrahimov, Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının sədri Elşən Poladov, dini icma sədrləri və imamlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov qeyd edib ki, bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Ölkəmizin müstəqil həyatı üçün mənəvi  dəyərləri qoruyub saxlamağın vacibliyini vurğulayıb. 
Balakən rayon Qazısı İbrahim İbrahimov çıxışında bildirib ki, Azərbaycandakı mənəvi dəyərlər İslamdan xeyli əvvəl olmuş və  İslam dini yayıldıqdan sonra dəyərlərimiz daha da kamilləşmiş, daha geniş şəkildə təbliğ olunmağa başlamışdır. Bu gün ölkəmizdəki mövcud olan yüksək tolerantlığın təməlinin məhz bizim  mənəvi dəyərlərimizdən qaynaqlandığını  qeyd etmişdir. İslam dini isə mənəvi dəyərlərimizin daha təkmil və kamil formalaşmasına öz təsirini göstərdiyini, İslam dini  mənəvi dəyərlərimizlə, mənəvi dəyərlərimiz isə İslam dinimizlə  bir vəhdət təşkil etdiyini bildirmişdir. 
Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının sədri Elşən Poladov qeyd edib ki, İslama görə kamilliyin bir qanadı mənəviyyət, digər qanadı isə elmdir, bilikdir. Bunlar yalnız vəhdət halında kamil insan yetişdirə bilər, onu səadətini təmin edə bilər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 1-12-2018, 09:52 eye 1 126 eye Paylaş