Dekabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun kollektivi Fəxri xiyabana gələrək, müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.