"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Vəhdət və milli birliyimizi qoruyaq” adlı tədbir keçirilib

       Noyabr 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının təşkilatçılığı ilə Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə “Gəncləri radikal dini cəryanlardan qoruyaq” adlı layihə çərçivəsində “Vəhdət və milli birliyimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təhlil və proqnozlaşdırma şöbəsinin  əməkdaşı Vüqar Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasınin sədri Zakir Abdullayev, din xadimləri, məktəbin müəllim və şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov vəhdət və milli birliyimizin rolundan  danışaraq qeyd etdi ki, tarixən Azərbaycanda məzhəblərarası həmrəylik, birlik, qardaşlıq hökm sürüb. Dini dözümlülüyün, irqi ayrı-seçkiliyin, islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Bakının “Heydər” və Astaranın Pensər kənd məscidlərində vəhdət namazının qılınması tarixi hadisə, dünyaya sülh mesajıdır.
DQİDK-nin təhlil və proqnozlaşdırma şöbəsinin  əməkdaşı Vüqar Əliyev  çıxışında qeyd edib ki, müsəlmanların vəhdətə, həmrəyliyə ehtiyacı vardır. Müsəlmanlar məzhəbindən asılı olmayaraq bir-birlərinin yanında olmalıdır. V.Əliyev Vəhdətə nail olmaq üçün ortaq dəyərlər ətrafında birləşməyin vacibliyini diqqətə çatdırıb.
İlahiyyatçı Şahsuvar İsmayılzadə, İcma sədri Zakir Abdullayev və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıqlarını ifadə ediblər. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 28-11-2018, 10:26 eye 803 eye Paylaş