"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bərdədə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib

Noyabrın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bərdə rayonunda keçirilən “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq çərçivəsində tanınmış rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin rayon gəncləri ilə görüşü keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə qeyd olunub ki, qloballaşma ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən milli-mənəvi dəyərlərə də sirayət edir. Nəticədə milli ideologiyanın, kimliyin, özünüdərkin, mənəvi-əxlaqi dəyərlərin qorunması və inkişafı çətinləşir. Belə bir şəraitdə qloballaşmanın gətirdiyi yenilikləri qəbul etməklə yanaşı milli kimliyə və mənəvi dəyərlərə sadiq qalmaq çox vacibdir. Tanınmış rəssam Ziyadxan Əliyev bildirib ki, qloballaşma dövründə təsviri sənət irsinin qorunması və təbliği də olduqca vacibdir. Çünki dəyərlərin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığımız müasir dövrdə bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması vasitələrdindən biri də incəsənət xadimlərin sevə-sevə yaratdığı, milli və mənəvi irsimizi özündə ehtiva edən sənət əsərləridir.
Yekunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 29-11-2019, 04:04 eye 1 190 eye Paylaş