Noyabr 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin və adət-ənənələrin gənclər arasında düzgün təbliği” adlı layihə çərçivəsində “Mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov, sözügedən dini icmanın təsisçisi Rza İsmayılov, Xaldan kənd “Cümə” məscidinin imamı Elşən Osmanov, dindarlar, ziyalılar və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında mühüm rol oynaması ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmlənməsindədə xüsusi rola malik olduğunu qeyd edib. Ümummilli liderimiz Heydər Əliyevin “Milli dəyərlərimizi təkcə milli varlığımızın deyil, həmdə siyasi varlığımızın-dövlət quruculuğu prosesinin mühüm atributu kimi qiymətləndirdiyini vurğulayan Vüsal Hüseynli, biz Azərbaycan xalqını başqa millətlərdən və xalqlardan fərqləndirən ən başlıca amillərdən birinin milli-mənəvi dəyərlərimizin olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov mövzu ətrafında çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi üçün xüsusilə ziyalıların, müəllimlərin, valideyinlərin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, dövlətimizin dini dəyərlərimizə, milli-mənəvi dəyərlərimizə daim hörmətlə yanaşdığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Xaldan kənd “Cümə” məscidi dini icmasının təsisçilərindən Rza İsmayılov və Xaldan kənd “Cümə” məscidinin imamı Elşən Osmanov gənclərimizin milli-mənəvi dəyərlərimizin timsalında tərbiyə olunmasının vacibliyini vurğulayaraq, Azərbaycan xalqının öz milli dəyərlərinə, adət-ənənələrinə daim hörmətlə yanaşdığını və onu uca tutduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb