"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Ağsuda “Mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər nədir” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabr 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər nədir” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri N.İslamov mövzunun vacibliyindən danışaraq layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açıb.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı M.Orucov milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb, dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin  müsbət nəticələrini  xüsusi qeyd edib.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri R.Rəhimli mövzu ətrafında çıxış edərək gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi, mənəvi dəyərlərimizin təbliği fonunda dini maarifləndirmənin ən effektiv vasitə olması barədə geniş söhbət açıb. Bildirib ki, təbliğ etdiyi bəşəri ideyalarla tanınan xalqımız mənəvi dəyərləri, adət-ənənələri və milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutur. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 28-11-2018, 10:10 eye 891 eye Paylaş