"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lerikdə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir baş tutub

Noyabrın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik  rayonu Lüləkəran kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” adlı layihə çərçivəsində rayonun Qosmalian kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Azər Həsənov, Emin Həmidli, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Qosmalian kənd məscidi dini icmasının sədri Hamlet Abdullayev, bələdiyyə sədri Vaqif Bayramov, məktəb direktoru Kamal Hüseynov və kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.  
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ailə dəyərlərinin qorunmasının vacibliyi vurğulanıb. Erkən nikahların və zərərli vərdişlərin ailə dəyərlərimiz üçün təhlükəli olduğu qeyd edilib.

calendar 4-11-2019, 04:44 eye 767 eye Paylaş