"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Füzuli rayonunda “İslamda ailə dəyərləri” mövzusu müzakirə olunub

Noyabrın 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Füzuli rayonu Horadiz şəhəri “Əhli Beyt” məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Akşin Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayonu Horadiz şəhəri “Əhli Beyt” məscidi dini icmasının sədri Rafiq İmanov, məscidin imamı Nəriman Nəsirov, rayonun mədəniyyət işçiləri və gənclər iştirak edib.
Çıxışlar zamanı İslam dinində valideyn-övlad münasibətləri, ailəyə bağlılıq, cəmiyyətin inkişafında ailənin rolundan danışılıb.

calendar 6-11-2019, 08:30 eye 926 eye Paylaş