"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Yardımlıda “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” mövzusunda tədbir keçirilib

Noyabrın 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Yardımlı rayonu Çayüzü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Müasir cəmiyyətdə ailə dəyərlərinin qorunması” adlı layihə çərçivəsində “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Elvin Hüseynli, Yardımlı RİH başçısının Çayüzü İƏD üzrə nümayədəsi Elvin Cəbiyev, Çayüzü kənd tam orta məktəbinin direktoru Abış Əhmədov, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Çıxışlar zamanı sağlam təməllər üzərində qurulan ailənin cəmiyyətin mənəvi inkişafında mühüm rola malik olduğu vurğulanıb. Qeyd olunub ki, sevgi, qarşılıqlı hörmət, diqqət və qayğı ilə zəngin olan ailə sağlam ailədir. Belə maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədin Azərbaycanda qədimdən mövcud olan sağlam ailə modelinin qorunması, inkişafı və geniş miqyasda təbliğinə töhfə vermək olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 6-11-2019, 08:00 eye 772 eye Paylaş