Noyabrın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icması tərəfindən “Azərbaycan qadını: mənəvi-əxlaqi dəyərlərimizin keşiyində” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Tural Vəlizadə, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi Pedaqoji Kollecinin direktoru, Respublikanın əməkdar müəllimi Mirələm İbrahimov, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, tələbələr və müəllimlər iştirak etmişlər.
Tədbirdə Azərbaycan qadınının cəmiyyətdəki rolu, ictimai həyatın müxtəlif sahələrindəki fəaliyyəti haqqında danışılmış, tarixin müxtəlif dövrlərində ölkəmizin inkişafında xüsusi rolu olan qadınlar barəsində söhbət edilmişdir.