"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xırdalanda Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib

Noyabrın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, AMEA-nın Şərqşünaslıq İnstitunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, dil-ədəbiyyat müəllimləri, şagirdlər və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Abşeron RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov 2019-cu ilin Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Nəsimi ili” elan edildiyini vurğulayaraq belə bir tədbirin Xırdalan şəhərində təşkil etdiyi üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirib.
Fondun icraçı direktoru Mehman İsmayılov əvvəlcə Fondun fəaliyyəti və həyata keçirdiyi tədbirlər barəsində məlumat verərək bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil edilən tədbirlər, hazırlanan videoçarxlar, filmlər, nəşr edilən kitablar bizim üçün dəyər hesab edilən mövzuları əhatə edir. M.İsmaylov həmçinin dəyərlərimizin təbliğində, Azərbaycanın dünyaya tanıdılmasında gənclərin rolundan danışıb.
AMEA-nın Şərqşünaslıq İnstitunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva qeyd edib ki, Seyid İmadəddin Nəsimi Azərbaycan ədəbi və fəlsəfi fikrinin təkcə XIV yüzillikdə deyil, ümumiyyətlə, bütün əsrlərboyu yetişdirdiyi ən böyük mütəfəkkir şairlərdən biridir. Üç dildə yazıb-yaratmış şairlərimizdən olan Nəsiminin söz sənətkarlığında yetişdiyi zirvənin göstəriciləri onun türk və fars dillərində olan iki “Divan”ıdır.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 1-11-2019, 14:10 eye 1 073 eye Paylaş