"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şəkidə “Milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq” adlı maarifləndirici mövzu müzakirə olunub

Oktyabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəki rayonu Turan qəsəbə  məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq” adlı layihə çərçivəsində  maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Kamran Məmmədov, Turan qəsəbə məscidi dini icmasının sədri Mikayıl Məmmədov, dindarlar və  gənclər iştirak ediblər.
Çıxışlarda ölkə rəhbərliyinin mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə diqqət və qayğısından, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması və fəliyyətindən, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər orqanlarla birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışılıb. O da bildirilib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gənclər arasında təbliği istiqamətində hər kəs, o cümlədən din xadimləri fəal olmalıdırlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

calendar 24-10-2019, 13:47 eye 1 199 eye Paylaş