"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyilə İsmayıllıda “İslami dəyərlər və şəhidlik” mövzusunda tədbir keçirilib

Oktyabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və İsmayıllı şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Vətən sevgisi – Şəhidlik zirvəsi” adlı layihə çərçivəsində “İslami dəyərlər və şəhidlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin   (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev,  İsmayıllı şəhəri “Cümə” məscidi dini icmasının sədri – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Qaya Xalıqov, ictimaiyyət nümayəndələri, icma üzvləri və gənclər iştirak edib.
İsmayıllı şəhəri “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov tədbiri giriş sözü ilə açaraq, layihə haqqında məlumat verib, milli –mənəvi və dini dəyərlərin qorunub saxlanmasında gənclərin rolunun vacibliyini qeyd edib.
İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov dinə dövlət qayğısından bəhs edərək rayonda olan tolerantlıq və mültikulturalizm mühiti haqqında məlumat verib.
 DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev milli –mənəvi dəyərlər və vətənpərvərliyin təbliğində dini icmaların fəal iştirakının vacibliyi, şəhidlik məqamının gənclərə doğru çatdırılması, onların xatirəsinin daim uca tutulması haqqında danışıb.
 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 24-10-2019, 08:36 eye 1 263 eye Paylaş