"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyilə İmişlidə “Ailə milli -mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

Oktyabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli rayonu  Xoşçobanlı   kənd məscidi  dini icmasının təşkilatçılığı  ilə İmişli rayon Mərkəzi kitabxanasında   "Sağlam ailə sağlam cəmiyyətin təməlidir” layihəsi çərçivəsində “Ailə milli -mənəvi dəyərlərin daşıyıcısıdır”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin   müdiri Cavanşir  Bəhrəmov, şöbənin əməkdaşları Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, İmişli rayonu  Xoşçobanlı   kənd məscidi dini  dini icmasının sədri Bayram Nuruşov, İmişli  rayon  Mərkəzi   Kitbaxana  Sisteminin  direktoru  Hürü   Şirinova,   rayon   ziyalıları ,  gənclər və  dini   icma  üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan İmişli rayon  Xoşçobanlı  kənd məscidi dini  dini icmasının sədri Bayram Nuruşov tədbirin məqsədi haqqında məlumat verərək bildirdi ki, gənclərin maarifləndirilməsi, əxlaqi-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Sağlam ailə sağlam cəmiyyət deməkdir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin   müdiri Cavanşir Bəhrəmov çıxışında Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu haqqında danışıb. O,  bildirib ki, ulu öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Azərbaycan Respublikası  Prezidenti cənab  İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür.
İmişli   rayon  Mərkəzi  Kitbaxana   Sisteminin  direktoru  Hürü   Şirinova   və DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşı Elvin İbrahimov çıxış edərək sağlam təməllər üzərində qurulan ailənin cəmiyyətin mənəvi inkişafında mühüm rola malik olduğunu vurğuladılar.  Qeyd etdilər ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. 
Sonda  tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb  və  Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə vəsaiti hesabına nəşr edilən kitablar paylanıb. 

calendar 24-10-2019, 08:31 eye 926 eye Paylaş