"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Ağstafada "Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib

Oktyabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Xasməmmədov,AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev tədbir iştirakçılarını salamlayaraq, ailənin kiçik bir dövlət olduğunu vurğulayaraq cəmiyyətin və dövlətin dayaqlarının möhkəm təməllər əsasında inşa edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, il ərzində ölkəmizin müxtəlif bölgələrində Fond tərəfindən "Azərbaycan ailəsi" layihəsinin keçirildiyini qeyd edib. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda ailə institutu dəyərlərin doğduğu,böyüdüyü və inkişaf etdiyi bir beşik olduğunu vurğulamışdır.
Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı bildirib ki, sosial-mənəvi mühitin saflığının və əxlaqi dəyərlərin qorunması, gələcək nəslə ötürülməsi müasir dövrün ən ümdə vəzifələridir.Mübariz Ağalarlı, əfsuslar olsun ki, müasir dünyada sosial kataklizmlər fonunda ailə institutunda da müəyyən dəyişikliklər müşahidə olunur. Ona görə də biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik”.
Daha sonra iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, rayonun aqsaqqalarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 22-10-2019, 16:28 eye 941 eye Paylaş