Oktyabrın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Cəlilabad rayonu Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icmasının təşkilatçılığı ilə “İslamda əxlaq prinsipləri” adlı layihə çərçivəsində “Dini əxlaqi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Tural Şahmarov, Zərbiəllli kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rafail Bəşirov, Cəlilabad rayonu Zərbiəlli, Moranlı və Ətçələr kəndlərinin içtimaiyyət nümayəndələri, icma üzvləri və gənclər iştirak etmişlər.
Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rəfail Bəşirov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasında milli köklərə qayıdış, milli əxlaqi dəyərlərimizə obyektiv baxış, dilimizin saflığı uğrunda əldə olunmuş nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirdi ki, hazırkı müstəqil Azərbaycan dövləti xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə və əxlaqi dəyərlərimizin qorunmasına yeni-yeni töhfələr verir.
İcma sədri Rəfail Bəşirov cəmiyyət qarşısında, ailə qarşısında, dövlət qarşısında olan vəzifələrin əxlaqi dəyərlərimizin tərkib hissəsi olduğunu vurğuladı.
Ziyalı Əlamət Mirzəyev və başqaları çıxışlarında mövzu ətradfında fikirlərini bildirdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.