Oktyabrın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Masallı rayonu Böyük Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlik milli qürurumuz, mənəvi dəyərimizdir” layihəsi çərçivəsində “Vətən mənə oğul desə nə dərdim” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Ayıq Səmədov, Bələduyyə sədri Böyükxan Rəhimov, dini icmasınin sədri Əliəşrəf Zeynalov, ziyalıları, ağsaqqallar və gənglər iştirak edib.
Tədbiri giriş sözü ilə açan İcma sədri Əliəşrəf Zeynalov qeyd edib ki, Vətən müqəddəsdir və onun hər qarışı bizim üçün doğmadır. Ə.Zeynalov hər bir vətəndaşın ilkin arzusunun, məqsədinin torpaqların bölünməzliyi olmasını bildirmiş və 20 yanvar, Qarabağ şəhidlərinin qəhrəmanlıq və döyüş yolundan nümunələr gətirib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov xalqımızın qəhrəmanlıq yoluna nəzər salaraq Şəhidliyin adi ölüm olmadığını Allah, Vətən, Millət, böyük amallar uğrunda canını şüurlu şəkildə fəda etməsi, Allahla bağlanmış əhd-peyman olduğunu bildirib.
Bələdiyyə sədri Böyükxan Rəhimov və başqaları mövzu ətrafında fikirlərini ifadə edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.