Oktyabrın 9-da Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyə dəstəyi ilə Gədəbəy şəhər “Cümə” məscidi dini icmasının “Gənclərimiz və əxlaqi dəyərlərimiz” layihəsi çərçivəsində “Gənc nəslin tərbiyyəsində əxlaqi dəyərlərimizdən istifadə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini marifləndirmə şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbənin əməkdaşları Vüqar Əliyev, Pərvin Zeynalov, Gədəbəy RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Gədəbəy şəhər “Cümə” məscidi dini icmasının sədri Rövşən Mustafayev, rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, icma üzvləri və rayon ictimayətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Gədəbəy RİH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov açaraq belə maarifləndirici layihələrə görə DQİDK-nın və MDTF-nin rəhbərliyinə RİH-nin başçısı İbrahim Mustafayevin adından minnətdarlıq bildirdi.
DQİDK-nın Dini marifləndirmə şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev öz çıxışında gənclərin tərbiyəsində ailə dəyərlərinin rolundan danışdı.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Vüqar Əliyev mövzu ətrafında çıxış etdi.
Dini icmanın sədri Rövşən Mustafayev öz çıxışında müqəddəs Quranda ailəyə verilən dəyərdən danışdı.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı.