"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Bakıda “Dəyərlərə bağlılıq ailədən başlayır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Oktyabrin 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi   dəstəyi ilə Xətai rayonu “Əhmədli qəsəbə məscidi” dini icması tərəfindən “Dəyərlərə bağlılıq ailədən başlayır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Amal Məlikov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri və axundu Murad Cəfərov, Əhmədli bələdiyyə sədri Pərviz Quliyev, Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini Mehman Allahverdiyev, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri Murad Cəfərov tədbirlə bağlı ümumi məlumat verərək, belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. V.Musayev  çıxışında ölkədə ailə dəyərlərinin təməl prinsiplərindən, boşanmaları yaradan səbəblər, bu istiqamdə görülən təbliğat və təşviqat işlərindən və ölkəmizdə hər zaman nikah məsələlərinə böyük yer verilmiş və ailə dəyərləri hər zaman uca tutulmuşdur. Cəmiyyətin gələcəkdə ailə dəyərlərinə daha möhkəm dini və milli dəyərlərimiz ilə birləşmiş əxlaq, təlim və tərbiyə məsələlərinin təbliğatının vacibliyi bildirmişdir. Daha  sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun bu istiqamətdə  gördüyü işlərdən danışıb. 
 DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi A.Məlikov da öz növbəsində  qeyd edib ki, cəmiyyətin formalaşması və inkişafında ailə mühüm vasitələrdən biridir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mütəmadi olaraq ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində ölkə ərazisində əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirmə tədbirləri keçirilir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanda qədimdən mövcud olan sağlam ailə modelinin qorunması, inkişafı və geniş miqyasda təbliğinə töhfə verməkdir.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov  mövzunun aktuallığına toxunaraq bildirib ki, bu gün gənclərin maarifləndirilməsi, əxlaqi-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında ailə mühüm rol oynayır və  mühüm bir addım olduğunu qeyd edib.

calendar 9-10-2019, 03:54 eye 698 eye Paylaş