"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “İslamda millət və din anlayışı” mövzusu müzakirə edilib

Oktyabrın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Şərəfə kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq” adlı layihə çərçivəsində “İslamda millət və din anlayışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Vüqar Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları   Kamil Bağırov və Ayıq Səmədov, Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, dini icma üzvləri, gənclər, ağsaqqallar və ziyalılar iştirak edib.
Çıxışlarda bildirildi ki, islama görə insan həyatı müqəddəs və toxunulmazdır. Azad yaşamaq, sərbəst düşünmək və etiqad etmək, qanun qarşısında bərabərlik, peşə sahibi olmaq, öz etiqad və ibadətlərini sərbəst icra etmək insanın təbii hüquqlarıdır.
Çıxışlarda həmçinin belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıq ifadə edilib.

calendar 9-10-2019, 11:08 eye 797 eye Paylaş