"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun təşkilatçılığı ilə Sumqayıt şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa və Füzuli rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.

Oktyabrın 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa və Füzuli rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Sumqayıt şəhərində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhminin və Füzuli rayonunda görkəmli aktyor, kinorejissor Elçin Cahangirlinin iştirakı ilə keçirilən tədbirlərdə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi, gənclər arasında mənəvi dəyərlərin təbliği və digər mövzularda maraqlı müzakirələr təşkil edilib.

calendar 3-10-2019, 16:29 eye 1 147 eye Paylaş