Sentyabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun mailiyyə dəstəyi və Zaqatala şəhər məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində “Zərəli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Həzrət Qocayev, Zaqatala şəhər məscidi dini icmasının sədri Rəşad İbrahimov və tələbələr iştirak edib.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi bildirilib. Xalqımızın əsrlər boyu yaratdığı, yaşatdığı və qoruyub saxladığı milli-mənəvi dəyərlərin ayrılmaz hissəsi olan İslam dini dəyərlərindən məlumat verilib. Eyni zamanda xalqımızın milli-mənəvi və mədəni irsinin qorunub saxlanmasının, gələcək nəsillərə aşılanmadan ötürülməsinin vacibliyi qeyd edilib. Qloballaşan dünyada müasir çağırışların və milli kimliyin qorunmasının mahiyyəti açıqlanıb. Dini fanatizmin və dini radikalizmin törətdiyi fəsadlar barədə məlumat verilib.Gənc nəslin yad radikal dini təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərə, adət-ənənələrə bağlılığın əhəmiyyəti vurğulanıb. Yeniyetmə və gənclərin mənəviyyatına, sağlamlığına və psixologiyasına zərbə vuran narkomaniya, alkoqolizm , dini radikalizm və digər zərərli vərdişlərdən çəkindirilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, mütaliyyənin, idmanın zərərli vərdişlərlə mübarizədə ən effektiv mübarizə üsulu olduğu bildirilib, təhsilin və maarifləndirmənin önəmi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.