"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Şəhidlik ölməzliyə gedən yoldur” mövzusunda tədbir keçirilib.

Sentyabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Böyük Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlik milli qürurumuz, mənəvi dəyərimizdir” layihəsi çərçivəsində “Şəhidlik ölməzliyə gedən yoldur” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş şöbəsinin əməkdaşı Anar Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, kənd bələdiyyəsinin sədri Böyükxan Rəhimov, dini icmanın sədri Əliəşrəf Zeynalov, kənd ziyalıları, ağsaqqallar və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın şöbə müdiri Miryəhya Bədirov qeyd edib ki, Vətən müqəddəsdir və onun hər qarışı bizim üçün doğmadır. M.Bədirov hər bir vətəndaşın ilkin arzusunun, məqsədinin torpaqların bölünməzliyi olmasını bildirib və 20 yanvar, Qarabağ şəhidlərinin qəhrəmanlıq və döyüş yolundan  nümunələr gətirib.   
DQİDK-nın Dini qurumlarla iş şöbəsinin əməkdaşı Anar Əliyev xalqımızın qəhrəmanlıq yoluna nəzər salaraq şəhidliyin adi ölüm olmadığını Allah, Vətən, Millət, böyük amallar uğrunda canını şüurlu şəkildə fəda etməsi, Allahla bağlanmış əhd-peyman olduğunu bildirdi. 
Çıxışlar zamanı Vətənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yaşatmağın hər bir vətəndaşın vəzifəsi olduğu vurğulanmış və dövlətin də şəhidlərə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır.
 İcma sədri Əliəşrəf Zeynalov, Bələdiyyə sədri Böyükxan Rəhimov və başqaları mövzu ətrafında fikirlərini ifadə edilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı

calendar 30-09-2019, 08:56 eye 871 eye Paylaş