Sentyabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Qurumba kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Bəlləbur kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları haqqında tədbir iştirakçıları məlumatlandırılıb. Gənclərin radikal dini cərəyanlardan qorunmasının zəruriliyi diqqətə çatdırılaraq qeyd olunub ki, gənclər arasında mənəvi dəyərlərin geniş təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca effektivdir.