Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Gəncə şəhərində həyata keçirilən və 23-25 sentyabr tarixlərini əhatə edən seminar öz işini davam etdirir.
Seminarın ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Vüqar Səmədovun "Vəhdət: müasirlik və tarixilik", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyevin “Məzhəblərarası vəhdət cəhdləri”, Gəncə Dövlət Universitetinin baş müəllimi Bəxtiyar Məhərrəmovun “İslamda vəhdət məsələsi: Quran və sünnət işığında” mövzusunda mühazirələri dinlənilib.
Daha sonra seminar iştirakçıları Gəncə şəhərində yerləşən “Nizami Gəncəvi” məqbərəsini və "İmamzadə ziyarətgah" kompleksini ziyarət ediblər. Bundan əlavə iştirakçılar üçün "Şah Abbas" Cümə məscidi, "Çökək hamam" və "Cavad xan" türbəsi ilə tanışlıq nəzərdə tutulub.